Ərdoğan QHT-lər vasitəsilə xaricə pul çıxarır? - CHP LİDERİNİN İTTİHAMLARINA AKP-dən CAVAB

  • By admin
  • 28 May 2022 08:55

CHP sədri Kamal Kılıçdaroğlu prezident Rəcəb Tayyib Ərdoğan və ailəsinin xaricə qaçmaq üçün iki vəqf (Qeyri-Hökumıt Təşkilatı-red) vasitəsilə ABŞ-a pul köçürməsi ilə bağlı iddialarla bağlı yeni açıqlamalar verib.

Gununsesi.info-nun Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, CHP lideri bu işdə Ərdoğanın uşaqlarının adlarını çəkib:  “Bacı-qardaş vəqflərlə işləyirlər, bir-birinə pul köçürür”.

AKP sözçüsü Ömər Çelik isə iddialara belə cavab verib: “Prezidentimizin ailə üzvlərinin qanunauyğun olaraq həyata keçirilən və hər kəsə açıq olan vətəndaş cəmiyyəti fəaliyyətləri var.  Bu fəaliyyəti qanunsuz və şübhəli göstərməyə çalışaraq, siyasi dedi-qodular yaradırlar.

Cümə günü prezident Ərdoğanın Kılıçdaroğluna qarşı “qaçış planı”na görə 1 milyon TL təzminat iddiası qaldırdığı açıqlanıb.

Kılıçdaroğlu çərşənbə axşamı axşam saatlarında iddialarında “Sənədlər və pul axınları əlimizdə” deyərək, TÜRGEV ​​və Ensar Vəqfi vasitəsilə ABŞ-a qaçaq yolla pul gətirildiyini iddia edib.

 

Günay Təhməzova

Gununsesi.info