Ərdoğan xalqına səsləndi: Yastıq altında pulu olanlar, çıxarın ortaya

  • By admin
  • 09 Dekabr 2021 10:31

“Türkiyə tarixinin ən böhranlı iqtisadi mübarizələrindən birini aparır. Belə bir vaxtda fürsətçilik edənləri nə millət, nə tarix, nə də dövlət bağışlayar”.

Gununsesi.info bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan lirənin dollar qarşısında kəskin ucuzlaşmasından danışarkən deyib.

Prezident çıxışında xalqa səslənib: “Bankda, yastıq altında, kassada pulu, xüsusən xarici valyutası olan hər kəsi yeni iqtisadi siyasətimizin gətirdiyi fürsətləri dəyərləndirməyə dəvət edirəm”.

Gununsesi.info