Əsəd Ərdoğanın görüş istəyinə şərtlə cavab verdi

  • By admin
  • 16 Mart 2023 18:48

Suriya prezidenti Bəşər Əsəd Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın onunla görüş istəyinə münasibət bildirib.

Gununsesi.info-nun xarici mediaya istinadən verdiyi xəbərə görə, Əsəd Ərdoğanla görüş üçün şərt irəli sürüb.

Əsəd  “Türkiyə qoşunlarının Suriya sərhədlərindən tamamilə çıxarılmasının, Türkiyənin terrora dəstəyinin dayandırılmasının və Suriyanın müharibədən əvvəlki vəziyyətinə qaytarılmasının” zəruriliyini sadalayıb.

“Mənim Ərdoğanla görüşməyimin yeganə imkanı budur. Suriyadakı müharibə ilə bağlı yekun nəticəyə gəlməzsə, görüşün nə mənası var?” deyə bildirib.

Tərcümə:

Afət