2024-cü ildə minimum əmək haqqı artırılmayacaq

  • By ilhame
  • 30 Oktyabr 2023 21:09

Gələn il minimum əməkhaqqı  345 manat olaraq qalacaq.

Gununsesi.info bildirir ki, bu, “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinə Hesablama Palatasının rəyində əksini tapıb.

Qeyd edək ki, hazırda minimum əməkhaqqı elə 345 manatdır.

Yaşayış minimumu və ehtiyac meyarının həddi isə 246 manatdan 270-ə qaldırılıb.

Dünya Bankının yoxsulluq üzrə hesablamalarında günlük 11,8 AZN (6,85 dollar) qazanc yoxsulluq həddi sayılır. Bu ayda təxminən 350 manat edir.

Gununsesi.info