30 cinayətin üstü illər sonra AÇILDI

  • By admin
  • 02 Avqust 2022 10:03

Avqustun 1-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 39-nun, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 30-nun açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 50, o cümlədən borclu şəxs qismində axtarışda olan 29 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.

Gununsesi.info