33 yaşlı kişiyə şüşə ilə xəsarət yetirildi

  • Müəllif: Firuzə
  • 02 Fevral 2026 09:56

Ağsu sakini ağır xəsarət alıb.

Gununsesi.info  xəbər verir ki, gecə saatlarında 33 yaşlı Ağamir Əkbərliyə şüşə qırıntısı ilə xəsarət yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən 21 yaşlı Murad Muradov polis əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, hazırda faktla bağlı araşdırma aparılır.

Gununsesi.info