56 faiz respondent Baydendən narazıdır

  • By admin
  • 04 Yanvar 2022 23:41

Amerikada xalq arasında keçirilən sorğularda insanların 56 faizi Prezident Co Baydeni dəstəkləmədiyini bildirib.

Gununsesi.info xəbər verir ki, CNBC-nin keçirdiyi sorğuda Baydenə dəstək verməyənlərin nisbəti dekabrda rekord həddə çatıb. Sorğuda 56 faiz respondent Baydenin prezidentlik fəaliyyətindən narazı olduğunu bildirib.

Qeyd edək ki, eyni təşkilatın aprel ayında keçirdiyi sorğuda iştirakçıların yüzdə 49-u, sentyabrda isə yüzdə 54-ü Baydenin performansını bəyənmədiyini bildirmişdi. Sorğuda iştirak edən respondentlərin əksəriyyəti iqtisadi tədbirlər və COVİD-19-la mübarizəni Baydenin ən aşağı göstəriciləri kimi qeyd edib.

 

 

Gununsesi.info