Rusiya – NATO Şurasının iclasının gündəliyi məlum olub

  • By admin
  • 04 Yanvar 2022 23:31

Yanvarın 12-nə təyin edilmiş Rusiya – NATO Şurasının iclasının gündəliyinə Avropada təhlükəsizlik, Ukraynadakı vəziyyət və hərbi şəffaflıqla bağlı məsələlər daxildir.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq sosial media hesabında yazıb.

 

“Mən Avropada təhlükəsizlik, Ukraynada son vəziyyət, risklərin azaldılması və qarşılıqlı şəffaflıq məsələlərini müzakirə etmək üçün yanvarın 12-nə Rusiya – NATO Şurasının iclasını çağırdım” – deyə, Alyansın rəhbəri bildirib.

 

 

Gununsesi.info