Dünyada koronavirusa yoluxanların sayı 290 milyonu keçib

  • By admin
  • 04 Yanvar 2022 23:20

Dünyada koronavirusa yoluxanların sayı 290 milyonu keçib.

Gununsesi.info-nun məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.

Məlumata əsasən, son sutka ərzində koronavirusa 1 276 532 yoluxma halı və 4 632 ölüm halı qeydə alınıb.

 

Hazırkı dövrədək koronavirusa 290 959 532 nəfər yoluxub. Onlardan 5 446 753 nəfəri vəfat edib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

 

 

Gununsesi.info

 

Gununsesi.info