Amerikada bir ayda rekord sayda insan işdən çıxıb

  • By admin
  • 04 Yanvar 2022 23:16

Amerikada ötən ilin noyabrında 4,5 milyon nəfər işdən çıxıb.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, 2021-ci ilin noyabrında baş verən bu göstərici indiyə kimi qeydə alınan rekord hesab edilib. Belə ki, vakant iş yerlərinin sayı noyabr ayında əvvəlki aya görə 529 min azalaraq 10 milyon 562 minə düşüb. Bu dövrdə azalan boş iş yerlərinin sayının 11 milyon 75 min olacağı gözlənilirdi.

2021-ci ilin oktyabr ayında açıq iş yerlərinin sayı 11 milyon 91 min olub. Sözügedən dövrdə vakant iş yerlərinin sayının ən çox azaldığı sektorlar yaşayış və qida xidmətləri, tikinti və uzunmüddətli istifadəyə yararlı olmayan malların istehsalı olub. Maliyyə, sığorta və federal hökumət sektorlarında vakansiyaların sayı artıb.

 

Gununsesi.info