Gəncə Apellyasiya Məhkəməsi Müdafiə Nazirliyinin Şəhid adı verməkdən imtina etdiyi Vüsal Musayevin işi üzrə şikayəti təmin edib.
GUNUNSESİ.İNFO-nun məhkəmədə iştirak edən əməkdaşının xəbərinə görə, hakim Rəşad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilib.
Qeyd edək ki, Vüsal Musayev 44 günlük müharibədə xüsusi qəhrəmanlığı ilə seçilib.
Döyüşlərdə ağır yaralanan Vüsal Müdafiə Nazirliyinib hərbi hospitalında şiddətli ağrılara dözmədiyi üçün intihar etmişdi.
Prezident “Cəsur döyüşçü” medalı verməsinə baxmayaraq, Müdafiə Nazirliyi ona şəhid adından imtina etmişdi.
Gülnar
Gununsesi.info