• By admin
  • 08 Aprel 2023 18:26

Botanika İnstitutnun İctimaiyyətlə Əlaqələr Bölməsinin müdiri Cəsarət Valehov son günlərdə mətbauta yazılan və həmin qurumun binasının köçürülməsi ilə bağlı iddialar haqqında açıqlama verib.

Gununsesi.info xəbər verir ki, C. Valehov özünün Facebook hesablında bunları yazıb:

“Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun fəaliyyəti ilə bağlı hər hansı bir məhdudiyyət yoxdur. Burada çalışan əməkdaşlar da öz fəaliyyətlərini davam etdirməkdədirlər.

Eyni zamanda Botanika İnstitutunun Herbari fondu da elə yerləşdiyi binadadır. Bildiririk ki, müvafiq maddi-texniki bazası olan bina olduğu təqdirdə, institutun həmin binaya köçürülməsi ilə bağlı qərar qəbul ediləcək. Hazırda hər hansı bir köçürülmədən söhbət getmir.
Məsələ ilə bağlı əlavə məlumat veriləcək.

Gununsesi.info