77 yaşlı kişini maşın vurub öldürdü

  • Müəllif: Firuzə
  • 01 Fevral 2026 23:46

77 yaşlı kişini minik avtomobili vuraraq öldürüb.

Gununsesi.info xəbər verir ki,hadisə Qax rayonunun Güllük kəndində baş verib.Həmin kənd sakini 1949-cu il təvəllüdlü Əliyev Abdurahman Hacımurad oğlu yolu keçmək istəyən vaxt onu minik avtomobili vurub.Hadisə zamanı ağır bədən xəsarətləri alan A.Əliyev hadisə yerindəcə həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info