
Gürcüstanın keçmiş prezidenti Tbilisi şəhər məhkəməsi tərəfindən külli miqdarda büdcə vəsaitlərini mənimsəməkdə təqsirli bilinib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, müvafiq qərarı hakim Badri Koçlamazaşvili çıxarıb.
“Gödəkçə işi” ilə bağlı Mixail Saakaşvili ilə yanaşı, Xüsusi Mühafizə Xidmətinin keçmiş rəhbəri Temur Canaşiya da təqsirli bilinib. Eks-prezident 9 il həb scəzasına məhkum edilib, Temur Canaşiya isə 300 min lari cərimə olunub.
Təqsirləndirilən Mixail Saakaşvili və Teymuraz Canaşia məhkəmə iclasında uzaqdan da olsa iştirak etməyiblər. Hakimin qeyd etdiyi kimi, Penitensiar Xidmət Saakaşvilinin uzaqdan məhkəmə prosesində iştirak etmək istəmədiyi barədə arayış təqdim edib və o, sağalana qədər iclasın təxirə salınmasını istəyib.
Şəbnəm