Yanğın törədən şəxs məsuliyyətə cəlb olundu

  • Müəllif: Firuzə
  • 23 Oktyabr 2025 11:34

Oğuzda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Gununsesi.info-ya bildirilib ki, Oğuz rayonunun Top kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

Araşdırmalarla yanğının rayon sakini T.Məmmədli tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində 2 hektar əkin sahəsi yanıb.

Həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

 

Gununsesi.info