Kamçatkada güclü zəlzələ oldu

  • Müəllif: Firuzə
  • 25 Noyabr 2025 11:43

Rusiyanın Kamçatka bölgəsində bu gün 5.2 bal gücündə zəlzələ baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Petropavlovsk-Kamçatskdan təxminən 129 kilometr aralıda, Avaça körfəzi sularında olub.

Təbiət hadisəsi 30.1 kilometr dərinlikdə yerləşib.

Dağıntı və itki barədə məlumat verilməyib.

 

Gununsesi.info