Serbiyanın yeganə neft emalı zavodu olan Pancevo Neft Emalı Zavodu (NIS), Rusiyaya məxsus olduğu üçün ABŞ sanksiyaları altında fəaliyyət göstərir və yaxın günlərdə bağlana bilər.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, zavod ölkənin yanacağının böyük hissəsini təmin edir.
Bildirilib ki, Serbiya hökuməti yanacaq ehtiyatlarını artırıb, dekabr üçün idxal müqavilələri bağlayıb, lakin ekspertlər bildirirlər ki, idxal zavodun istehsalını tam əvəz edə bilməyəcək. Prezident Aleksandr Vuçiç NIS üçün üç potensial alıcının olduğunu açıqlayıb, ABŞ-a sanksiyalardan müvəqqəti azadolma üçün müraciət edilib, cavab hələ yoxdur.
Qeyd edək ki, 2008-ci ildə zavodun 51%-lik payı Rusiyanın Qazprom və Qazprom Neft şirkətlərinə satılıb, dövlətin payı 30%-dir. Serbiya rəsmiləri zavodun taleyi üçün həll yolu tapılmazsa, dövlətin onu ələ keçirmə ehtimalının artacağını bildirirlər.
Orxan












