“Napoli” – “Qarabağ” oyunu güclü yağış səbəbindən dayandırıldı

  • Müəllif: Ayshan
  • 25 Noyabr 2025 19:17

UEFA Gənclər Liqasının əsas mərhələsində “Napoli” və “Qarabağ”ın U-19 komandaları arasında keçirilən V tur oyununda məcburi fasilə yaranıb.

Ağdam klubundan Gununsesi.info -ya verilən məlumata görə, qarşılaşma 61-ci dəqiqədə güclü yağış səbəbindən dayandırılıb. Matçın keçirildiyi “Cuzeppe Pikkolo” stadionunun ot örtüyü süni olduğundan matçı davam etdirmək mümkün olmayıb.

Paltardəyişmə otağına yollanan komandalar hakimin qərarını gözləyirlər. Hazırda hesab “Napoli”nin xeyrinədir – 1:0.

Qeyd edək ki, bu gün “Napoli” və “Qarabağ”ın əsas komandaları Çempionlar Liqasının liqa mərhələsində üz-üzə gələcəklər. Həmin görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Gununsesi.info