Mehriban Xanlarova işdən çıxarıldı

Akademik Dövdət Milli Dram Teatrının aktrisası, Əməkdar artist Mehriban Xanlarova işdən çıxarılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə aktrisanın özü bildirib.

M.Xanlarova deyib ki, Akademik Milli Dram Teatrının direktoru İlham Əsgərovun əmri ilə işdən azad edilib.

Qeyd edək ki, Mehriban Xanlarova bir neçə gün öncə sosial şəbəkədəki paylaşımında işdən ayrılmaqla bağlı ərizə yazdığını bildirmişdi.

O, Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadənin fəaliyyətinə etiraz edərək, ərizə yazmışdı.