“Bu həftə Ukrayna müharibəsinə son qoymaq üçün həlledici ola bilər, çünki ABŞ nümayəndələri Kiyevdən sonra Moskvaya gedir”.
Gununsesi.info xəbər verir ki, Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.
Kallas deyib ki, Amerikadakı danışıqlar çətin olsa da məhsuldar olub və o, bu gün Ukraynanın müdafiə və xarici işlər nazirləri ilə görüşəcək. O, həmçinin vurğulayıb ki, Avropa Ukraynanı bu çətin dövrdə gücləndirməli və onlara dəstək verməlidir.
Aİ hazırda Ukraynaya Rusiyanın dondurulmuş aktivləri hesabına maliyyələşdirilən 140 milyard avroluq kredit vermək planını müzakirə edir.
Kallas onu da qeyd edib ki, blok 18 dekabr liderlər sammitində razılaşma əldə etmədən ayrılmayacaq.
Şəbnəm












