Naxçıvan Ali Məclisinin Daxili Nizamnaməsinə dəyişiklik edildi

  • Müəllif: Firuzə
  • 01 Dekabr 2025 16:42

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin Daxili Nizamnaməsinə dəyişiklik edilib.

Gununsesi.info  xəbər verir ki, bununla bağlı qərar Ali Məclisin dekabrın 1-də keçirilmiş iclasında qəbul olunub.

İclasda muxtar respublikanın 2023-cü il 1 avqust tarixli Qanunu ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” məsələyə baxılıb.

Müzakirələrdən sonra təklif səsə qoyularaq qəbul edilib.

Gununsesi.info