Qonşu ölkələr buna icazə vermədilər -Pezeşkian

  • Müəllif: Firuzə
  • 07 Avqust 2026 11:45

Qonşularımızla münasibətlərimiz keçmişdəkindən daha yaxşıdır və qonşu ölkələr bizimlə çox yaxşı əməkdaşlıq edirlər.

Gununsesi.info xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

“Əslində, bu müharibədəki planlardan biri şimal-qərb və cənub-şərqdən iğtişaşlar və gərginlik yaratmaq idi. Onlar iddia edirdilər ki, insanlar bu tərəflərdən daxil olub iğtişaşlar yaradacaqlar.

Regional ölkələr özləri heç kimin bu istiqamətlərdən asanlıqla daxil olmasına və iğtişaşlar yaratmasına icazə vermirdilər. Bu, çox əhəmiyyətli bir məqamdır. Onlar nəinki bundan çəkindilər, həm də bizə kömək etdilər”, – o bildirib.

Gununsesi.info