13 yaşlı qız dəm qazından boğularaq öldü

Goranboyda bədbəxt hadisə baş verib.

Gununsesi.info-ın məlumatına görə, hadisə rayonun Məşədiqaralar kəndində baş verib.

Kənd sakinin 2012-ci il təvəllüdlü N.Cəfərova yaşadığı evin hamam otağında dəm qazından boğularaq həyatını itirib.

Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır. (Mənbə APA)