Gürcüstan 63 əcnəbini deportasiya etdi

  • Müəllif: Firuzə
  • 30 Dekabr 2025 11:59

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin əməkdaşları nazirliyin müvafiq struktur bölmələri ilə sıx koordinasiya şəraitində son bir neçə gün ərzində ölkədən 63 xarici vətəndaşı deportasiya edib.

Gununsesi.info  xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.

Məlumata görə, Miqrasiya Departamenti tərəfindən həyata keçirilən kompleks tədbirlər nəticəsində Türkiyə, Hindistan, Çin, Rusiya, Nigeriya, Türkmənistan, İordaniya, İraq, Pakistan, Misir, Qazaxıstan, Azərbaycan, Burundi, Zambiya, Səudiyyə Ərəbistanı və Sudan vətəndaşları ölkədən çıxarılıb.

Qeyd edilib ki, cari ilin əvvəlindən bu günədək Gürcüstandan deportasiya olunan xarici vətəndaşların ümumi sayı 1302 nəfərə çatıb.

Gununsesi.info