Von der Leyen Suriyaya səfər edəcək

Aİ-nin rəhbəri Ursula von der Leyen bu həftənin sonlarında Bəşər Əsədin devrilməsindən sonra ilk dəfə Suriyaya səfər edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə bazar ertəsi Aİ-nin sözçüsü Paula Pinho məlumat verib.

Von der Leyen Yaxın Şərq turu çərçivəsində Suriyaya, həmçinin İordaniya və Livana da səfər edəcək.

Bildirilib ki, səfər beynəlxalq ictimaiyyətin Suriyanın yenidən qurulması üçün səyləri gücləndirməyə çalışdığı bir vaxta təsadüf edir.

Firuzə

Gununsesi.info