Ədalət Partiyasının sədri: “ABŞ “güc qanun yaradır” dövrünü rəsmiləşdirir”

  • Müəllif: Orxan
  • 05 Yanvar 2026 16:57

Ədalət Partiyasının sədri Mütəllim Rəhimli bildirib ki, ABŞ dünyanın super gücü statusunu asanlıqla əldən vermək istəmir.

Gununsesi.info bildirir ki, partiya sədrinin sözlərinə görə, ABŞ-nin Venesuelaya qarşı son hərbi əməliyyatı beynəlxalq hüquq, regional sabitlik və supergüclər arasında yeni bir rəqabət nöqtəsidir.

Mütəllim Rəhimli qeyd edib ki, bu addım ABŞ-nin öz strateji maraqlarına və Tramp hakimiyyətinin daxili siyasi gündəminə xidmət edir. Belə görünür ki, Birləşmiş Ştatlar dünyanın supergücü statusunu asanlıqla əldən vermək niyyətində deyil.

O əlavə edib ki, beynəlxalq hüququn pozulması “güc qanun yaradır” prinsipinin yenidən legitimləşdirildiyini göstərir.

Bu isə Trampın Amerikanın birinciliyi ilə bağlı yeni ambisiyalarının açıq təzahürüdür.

Gununsesi.info