Gürcüstanda hökumət yoxdur, hər gün azərbaycanlılar döyülür, öldürülür

  • Müəllif: admin
  • 06 Yanvar 2026 14:30

Marneuli bazarında yerləşən qızıl mağazasında silahlı hücum nəticəsində qətlə yetirilən Sahib Bayramovla bu gün vida mərasimi keçirilib.

 

Gununsesi.info-nun xəbərinə görə, bu cür qətl hadisəsi artıq bir neçə dəfədir ki, təkrarlanır.

 

Adıçəkilən bölgədə yaşayan azərbaycanlılar deyir ki, bu, milli-etnik zəmində yaşanan hadisələrdir.

 

Mərhumun anası yerli mediaya bildirib ki, Gürcüstanda qanun yoxdur, hər gün bir nəfər öldürülür:

 

“Azərbaycanlıları hər yerdə döyürlər, öldürürlər. Hökumət də yoxdur ki, baxsın”. 

 

Afət

 

Gununsesi.info