61 yaşlı qadın evinin həyətində ölü tapıldı

  • Müəllif: Firuzə
  • 10 Yanvar 2026 22:26

Ucarda qadın evində ölü tapılıb.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Qazyan kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1965-ci il təvəllüdlü Pəri Həmid qızı Əsgərovanın meyiti yaşadığı evin həyətində aşkarlanıb. Mərhumun ölüm səbəbi hələlik məlum deyil.

Faktla bağlı Ucar rayon prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info