Türkiyədə terror təşkilatına qarşı əməliyyat - 96 nəfər saxlanıldı

  • Müəllif: Orxan
  • 03 Fevral 2026 14:11

Türkiyənin İstanbul da daxil olmaqla 22 bölgəsində “Marksist-Leninist Kommunist Partiyası” (MLKP) adlı silahlı terror təşkilatına qarşı genişmiqyaslı hərbi əməliyyatlar keçirilib.

Gununsesi.info xəbər verir ki, bununla bağlı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” hesabında paylaşım edib.

Yerlikaya əməliyyatlar nəticəsində 96 nəfərin saxlanıldığını bildirib.

O həmçinin qeyd edib ki, Türkiyənin bütün bölgələrində sülh uğrunda mübarizə davam edir: “Ölkəmizin hər bir bölgəsində sülh və sabitliyin təmin edilməsi üçün mübarizəmizi davam etdiririk”.

Gununsesi.info