Bakıda estetik əməliyyat etdirən 43 yaşlı qadın öldü

  • Müəllif: Firuzə
  • 16 Fevral 2026 11:11

Bakıda estetik əməliyyat etdirən qadın vəfat edib.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, hadisə Binəqədi rayonunda baş verib.

Belə ki, fevralın 10-da Səttar Bəhlulzadə küçəsində yerləşən “Medi Hall” hospitalda bədən şəkilləndirmə əməliyyatı edilən 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın vəziyyəti kəskin pisləşib.

Tibbi müdaxiləyə baxmayaraq o, fevralın 13-də vəfat edib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.(Qafqazinfo)

Gununsesi.info