8 gün əvvəl avtomobilin vurduğu piyada xəstəxanada ÖLDÜ

  • Müəllif: Firuzə
  • 21 Fevral 2026 13:14

Bakıda maşın yolu keçən piyadanı vurub.

Gununsesi.info xəbər verir ki, hadisə fevralın 12-də paytaxtın Xəzər rayonunda baş verib.

Məlumata görə, Binə qəsəbəsinin ərazisində Bakı şəhər sakini 1993-cü il təvəllüdlü Dəyanət Cəfərli idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən paytaxt sakini 1960-cı il təvəllüdlü Baxşəli Qədimovu vurub.

Xəstəxanaya yerləşdirilən B.Qədimov ötən gün orada ölüb. (Apa)

Gununsesi.info