Rusiyanın altı hava limanı uçuşları dayandırıb

  • Müəllif: Orxan
  • 27 Fevral 2026 15:16

Kazan, Nijnekamsk (Begişevo), Samara, Çeboksarı, Orenburq və Ulyanovsk hava limanları təyyarələrin gəlişi və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) mətbuat xidməti Telegram kanalında məlumat verib.

Bəyanatda deyilir: “Məhdudiyyətlər uçuş təhlükəsizliyini təmin etmək üçün zəruridir”.

Gununsesi.info