“Bildiyim qədəri ilə Xamenei sağdır”

İsrail və ABŞ-ın hücumlarından sonra İranın yüksək rəhbərliyinin demək olar ki, bütün üzvləri sağdır.

Gununsesi.info xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi NBC-yə verdiyi müsahibədə bildirib.

“Demək olar ki, bütün vəzifəli şəxslər sağ və salamatdır. Bir və ya iki komandirimizi itirə bilərik, amma bu, böyük problem deyil”, – o qeyd edib.

Aparıcılar ondan prezident Məsud Pezeşkian və Ali Lider Əli Xameneinin hələ də sağ olduğunu təsdiqləyib-təsdiqləyə bilməyəcəyini soruşublar.

“Bildiyim qədəri ilə, hər ikisi sağdır”, – nazir ingilis dilində deyib.

 

 

Gununsesi.info