Lənkəranda uşağı maşın vurub.
Gununsesi.info xəbər verir ki, hadisə rayonun Nərimanabad qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbə sakini idarə etdiyi “VAZ-2106” markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən 4 yaşlı A.Makarovanı vurub. Sürücü dərhal azyaşlını Lənkəran rayon xəstəxanasının təcili yardım şöbəsinə çatdırıb.
Qeyd edək ki, hadisədən əvvəl uşağın anası evdə olmayıb. Qonşu uşağı parkda gəzdirmək üçün anası ilə əlaqə saxlayıb razılıq aldıqdan sonra, onu evdən götürüb gəzintiyə aparıb.
Faktla bağlı araşdırma aparılır.
(Qafqazinfo)











