Qanunsuz saxlanılan silahlar AŞKARLANDI

  • Müəllif: Firuzə
  • 20 Aprel 2026 11:49

Aprelin 18-də və 19-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 3 qumbara, 2 tüfəng, 7 patron darağı və 30 ədəd patron aşkar edərək götürüblər.

Gununsesi.info  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Gununsesi.info