UEFA Azərbaycan yığmasının üzvünü ağır cəzalandırdı

  • Müəllif: Orxan
  • 20 May 2026 12:36

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi Azərbaycanın qadınlardan ibarət U-19 millisinin yarımmüdafiəçisi Aysu Əsədovanı 3 oyunluq cəzalandırıb.

Gununsesi.info xəbər verir ki, buna səbəb onun Gürcüstana qarşı keçirilən matçda rəqib oyunçuya hücum etməsidir.

Aprelin 17-də baş tutan oyunda A.Əsədova həmin hərəkətinə görə qırmızı vərəqə almışdı.