ABŞ administrasiyası hesab edir ki, ayrı-ayrı insidentlərə baxmayaraq, İranla atəşkəs rejimi hazırda qüvvədədir.
Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens jurnalistlərə açıqlama verib.
Onun sözlərinə görə, belə razılaşmalar zamanı müəyyən problemlərin yaranması normaldır.
Vens bildirib ki, ABŞ-yə qarşı hücum olarsa, Vaşinqton cavab verəcək, lakin ümumi mənzərədə atəşkəsin qorunduğunu düşünür.












