İyunun 16-da Azərbaycanın Baş naziri Əli Əsədov V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda iştirak etmək üçün Özbəkistana işgüzar səfərə gedib.
Bu barədə Gununsesi.info-ya Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib.
Daşkənd-Humo Beynəlxalq Hava Limanında Ə.Əsədovu Özbəkistan Baş nazirinin müavini Açilbay Ramatov və digər rəsmi şəxslər qarşılayıblar.











