“Sosial şəbəkələr uşaqların gündəlik rejimini pozur” -PSİXOLOQ

“Uşaqların sosial şəbəkələrdən istifadəsini qəti şəkildə düzgün hesab etmirəm”.

Bunu Gununsesi.info-ya açıqlamasında psixoloq Sevinc Həbibova deyib:

“Bu mövzu ilə bağlı dəfələrlə mövqeyimi bildirmişəm. Belə platformalar uşaqların diqqətini yayındırır və onların gündəlik rejimini pozur. Uşaqlar çox vaxtını boş və mənasız məşğuliyyətə sərf edir. Bir sıra ölkələrdə məktəblilər üçün bu cür istifadəyə məhdudiyyətlər qoyulur.

Bu yanaşma nümunə kimi dəyərləndirilə bilər. Ümid edirəm ki, bizdə də bu istiqamətdə tədbirlər görüləcək.

Ümumilikdə uzun müddət telefon və internetdən asılılıq faydalı nəticə vermir.

Bu, daha çox vaxt itkisi və qeyri-şüurlu ünsiyyət yaradır”.

Günay

Gununsesi.info