Uşaqlar Aşura mərasimlərinə aparılmalıdırmı? - İlahiyyatçı

  • By Admin2
  • 24 İyun 2026 15:03

Aşura mərasimlərinə uşaqların aparılmasının doğru olub-olmaması müzakirə edilir.

İnanclı şəxslər əksərən bunun doğru olduğunu, uşağa elə uşaq yaşlarından dinin öyrədilməsinin vacibliyini vurğulasalar da, sözügedən halın düz olmadığını vurğulayanlar da var.

Bu barədə Gununsesi.info-ya ilahiyyatçı Elşad Miri danışıb.

O qeyd edib ki, uşaqların Aşura mərasimlərinə getməsinin onlar üçün heç bir faydalı məğzi yoxdur:

“Gedib orada bəzilərinin özlərini zəncirə vurmalarına, ah-nalə çəkmələrinə, ağlamalarına şahid olaraq, əksinə, onların travma almaları ilə nəticələnən bir ritual halına gəldiyini görürük”.

Qeyd edək ki, Azərbaycanda bu il Aşura günü 2026-cı il iyun ayının 25-nə təsadüf edir.

Həmin tarix Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) elan etdiyi hicri-qəməri təqvimi ilə Məhərrəm ayının 10-cu günüdür.

Orxan

Gununsesi.info