Ceyhun Bayramov Polşaya getdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Polşaya işgüzar səfərə yola düşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun 25 iyun tarixində Qdansk şəhərində Ukrayna Bərpa Konfransında iştirakı və bir sıra yüksək səviyyəli rəsmilərlə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

 

Gununsesi.info