Ağdərədə avtobus dərəyə aşdı - Yaralılar var

Ağdərədə fəhlələri daşıyan mikroavtobus dərəyə aşıb.

Gununsesi.info Report”a xəbər verir ki, hadisə rayonun Suqovuşan kəndi ərazisində qeydə alınıb.

İlkin məlumatlara görə, qəza zamanı 6 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Mikroavtobusun şirkətlərdən birində çalışan işçiləri daşıdığı qeyd olunur.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info