Tramp 20% rüsum imtina etdi

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazından keçən gəmilərdən 20% rüsum almaq fikrindən imtina edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Tramp “Truth Social”da yazıb.

“Yaxın Şərq ölkələrinin liderləri ilə keçirdiyim danışıqlardan sonra 20 faizlik rüsumdan imtina etdim. Bu rüsumun əvəzinə Körfəz ölkələri ABŞ-a iri həcmdə ticarət və investisiya layihələri həyata keçirəcəklər. Bu investisiyalar çox böyük olacaq və həm ABŞ, həm də həmin ölkələr üçün faydalı olacaq”, – Tramp qeyd edib.

Tramp həmçinin bildirib ki, İranın yüz minlərlə insanı, o cümlədən 52 min etirazçını öldürdüyü dövr başa çatıb: “Ən əsası, İran heç vaxt nüvə silahına sahib olmayacaq”.

Gununsesi.info