Zidan Fransa millisinin baş məşqçisi olacaq

  • Müəllif: Orxan
  • 18 İyul 2026 09:19

Zinəddin Zidan Fransa milli futbol komandasının baş məşqçisi təyin olunacaq.

Gununsesi.info verir ki, bu barədə jurnalist Fabrizio Romano “X” sosial şəbəkəsində məlumat yayıb.

Məlumata görə, 54 yaşlı mütəxəssis 2030-cu il dünya çempionatının sonunadək qüvvədə olacaq dörd illik müqavilə imzalayacaq.

Gununsesi.info