Sabah bəzi ərazilərdə qaz olmayacaq

  • Müəllif: Firuzə
  • 22 İyul 2026 21:44

Sabah Biləsuvar rayonunda təbii qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Gununsesi.info xəbər verir ki, iyulun 23-də rayon ərazisində yeni çəkilmiş qaz xətlərinin mövcud kəmərlərə birləşdirilməsi işləri həyata keçiriləcək.

Bununla əlaqədar sabah saat 09:00-dan başlayaraq işlər yekunlaşanadək Biləsuvar qazpaylayıcı stansiyasından qidalanan 16086 abonentin təbii qaz təchizatı dayandırılacaq.

Gununsesi.info