“İran infrastrukturuna təhdidlər davam edərsə, Yaxın Şərqdəki heç bir obyekt təhlükəsiz olmayacaq”.
Gununsesi.info xəbər verir ki, bunu İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf bildirib.
“Əgər İrana neft satmağa imkan verilməsə, Tehran regionda heç kəsə bu imkanı yaratmayacaq. Neft satmadığımız bir bölgədə heç kim neft satmayacaq. Təhlükəsizliyimiz təmin olunmazsa, heç bir infrastruktur təhlükəsiz qalmayacaq və boğaz yalnız Amerika qüvvələri olmadan təhlükəsiz ola bilər”, – Qalibaf qeyd edib.
O, münaqişənin həllinin “ya hamı, ya da heç kim!” prinsipi üzrə mümkünlüyünü qeyd edib.











