Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasiminə əklil göndərib.
Gununsesi.info xəbər verir ki, vida mərasimi Beynəlxalq Muğam Mərkəzində keçirilir.
saat 10.47
Xalq şairi Nəriman Həsənzadə ilə Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilir.
Gununsesi.info xəbər verir ki, mərasimdə dövlət xadimləri, mədəniyyət və incəsənət nümayəndələri, şairin qələm yoldaşları və yaxınları iştirak edirlər.
Qeyd edək ki, Xalq şairi I Fəxri xiyabanda dəfn ediləcək.
Xatırladaq ki, Xalq şairi Nəriman Həsənzadə ötən gün uzun sürən xəstəlikdən sonra müalicə aldığı xəstəxanada vəfat edib.










