Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il azadlıqdan məhrum edilən tanınmış media eksperti Ələsgər Məmmədli təcridxanada huşunu itirib.
Bu barədə Gununsesi.info-ya onun qardaşı Nəsimi Məmmədli deyib.
Onun sözlərinə görə, qardaşının səhhəti ilə bağlı artıq yeni və daha təhlükəli vəziyyət yaranıb.
“Dünən axşam kamerada qəflətən ürək tutmasından huşunu itirib və yıxılıb. Kamera yoldaşlarının səyi nəticəsində onu çarpayıya uzadıb ilkin tibbi yardım göstəriblər. Həftəsonu olduğu üçün həkim çağırmaq mümkün olmayıb”.
Nəsimi Məmmədli, həmçinin “Bir insanın həyatı üçün bundan daha ciddi həyəcan siqnalı nə olmalıdır” deyə əlavə edib:
“Ələsgər bəyin təcili və hərtərəfli tibbi müayinədən keçirilməsini, səhhətinə uyğun tibbi yardım göstərilməsini tələb edirəm.
Bu artıq sadəcə hüquq məsələsi deyil, insan həyatıdır”.
Firuzə Mahmudova
Gununsesi.info












