Sərhəddə 35 kiloqramdan çox narkotik aşkarlandı

  • Müəllif: Firuzə
  • 11 Avqust 2026 10:58

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

Bu barədə Gununsesi.info-ya Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzidən məlumat verilib.

Belə ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 35 kiloqram 85 qram narkotik vasitə və 1980 ədəd psixotrop tərkibli Metadon M-40 həbi aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Gununsesi.info