Bulvarda dənizdə batma təhlükəsi olan şəxs xilas edilib - VİDEO

  • Müəllif: Firuzə
  • 11 Avqust 2026 19:41

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Gununsesi.info-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal hadisə yerinə nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1998-ci il təvəllüdlü İsmayılov Rüfət İsrayıl oğlu dalğıclar tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.